Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 14:57

Rusiya Luhanskda irəlilədiyini bildirir


Baxmut şəhərindən bir görüntü
Baxmut şəhərindən bir görüntü

Rusiya Ukraynanın şərqindəki Luhansk regionunda ukraynalıların müdafiə xəttinin bəzi hissələrini yardığını iddia edir.

Ukrayna hərbiyyəsi isə bildirir ki, rusiyalıların bəzi hücumları dəf edilib, amma vəziyyət ağırdır.

Fevralın 15-də Donbas regionunda döyüşlərin intensivləşdiyi əsnada, Ukrayna Qərb müttəfiqlərindən silah təchizatının sürətləndirilməsini rica edir.

Hazırda NATO ölkələrinin müdafiə nazirləri Brüsseldə Ukraynaya hərbi dəstək məsələlərini müzakirə edirlər.

Donbas regionunda Rusiyanın nizami ordusu və muzdlular bir aydır ki, güclü hücuma keçiblər.

Ukrayna əsgərləri Polşada "Leopard" tanklarının təlimini keçir
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Müdafiə xətti yarılıbmı?

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 15-də bildirib ki, döyüşlər təkcə Baxmut deyil, həm də Liman, Avdiyivka və Kupyansk şəhərləri ətrafında gedir.

Rusiya Müdafiə Nazirliyi teleqram kanalında Rusiya qoşunlarının cəbhənin iki yerində müdafiə xəttini yardığını bildirib, lakin söhbətin məhz haradan getdiyini açıqlamayıb:

"Düşmən hətta daha çox möhkəmləndirilmiş ikinci müdafiə xəttində də Rusiya ordusunun qarşısını ala bilmir”.

Lakin bu məlumatdan xeyli sonra Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiyası bildirib ki, Ukrayna qüvvələri Luhanskda bəzi hücumları dəf edib, amma vəziyyət ağırdır.

Luhansk regionunun hərbi administrasiyasının rəhbəri Serhiy Hayday deyib ki, Rusiya regiona çox sayda canlı qüvvə və texnika gətirməkdə davam edir.

Pentaqon başçısı ukraynalıların gücünə inanır

Fevralın 14-də Zelenski özünün ənənəvi gecə müraciətində demişdi ki, Rusiya Ukraynaya daha çox Qərb silahları gəlib çıxmadan döyüş meydanındakı bəzi irəliləyişlərini saxlamağa çalışır:

"Mən əminliklə deyə bilərəm ki, təməl meyllər dəyişməyib. Ukrayna və onun partnyorları birlikdə mümkün olan hər şeyi edirlər ki, terrorçu dövlət məğlub olsun və bu, tez baş versin”.

Brüsseldə davam edən danışıqların ikinci günündə NATO müdafiə nazirləri Qərb cəbbəxanalarında silah və sursatın azalmağa başlamasını və Ukraynanın silahla təchizatının davam etdirilməsini müzakirə ediblər.

Buna baxmayaraq NATO rəsmiləri Ukraynanın döyüş təyyarələri üçün müraciətinin icrasına müqavimət göstərməkdə davam edirlər.

Fevralın 15-də Brüssel yığıncağında çıxış edən ABŞ müdafiə naziri Lloyd Ostin Ukrayna silahlı qüvvələrinə inandığını bir daha bildirib:

"Rusiya döyüşə çox sayda canlı qüvvə gətirməkdə davam edir, amma bu adamlar pis təlim görüblər və pis silahlanıblar, çünki biz onların böyük itkilərə məruz qaldıqlarını görürük. Mən düşünürəm ki, ukraynalılar döyüş meydanında əhəmiyyətli dəyişiklik yaratmaq və təşəbbüsü ələ almaq üçün yaxşı imkana malik olacaqlar. Onlar bu təşəbbüsdən irəliləmək üçün istifadə edəcəklər”.

Ben Uolles: Rusiya Ukraynaya bütün ordusunu töküb

Hazırda Ukrayna ilə müharibəyə Rusiya ordusunun demək olar hamısı cəlb olunub.

Britaniyanın müdafiə naziri Ben Uolles BBC-yə müsahibəsində deyib ki, söhbət hardasa ordunun 97 faizindən gedir.

Nazirin sözlərinə görə hətta buna da baxmayaraq Rusiya Ukraynanın müdafiəsini yara biləcək qədər qüvvə toplaya bilməyib.

O bildirib ki, bu daha çox döyüş meydanında “irəliləmək cəhdini” xatırladır.

Uolles deyib ki, ordudan bu şəkildə istifadə Rusiya Federasiyasına baha başa gəlir:

"Bütün bunlar Rusiya ordusuna ağır başa gəlir. Hazırda bizim hesablamamıza görə Rusiya ordusunun 97 faizi, yəni hamısı Ukraynadadır”.

Britaniya Müdafiə Nazirliyinin fevralın 15-də dərc etdiyi gündəlik məlumatda deyilir ki, Rusiya hərbi sənayesinin istehsal gücü Ukraynada müharibənin tələblərinin öhdəsindən lazımınca gələ bilmir.

Britaniya hərbi kəşfiyyatı bu məqamı “kritik zəiflik” adlandırır.

Britaniya MN-nin məlumatında deyilir ki, Rusiyanın siyasi rəhbərliyi çatışmazlıqdan xəbərdardır, belə ki, prezident Vladimir Putin son vaxtlar dəfələrlə hərbi sənayeni daha yaxşı işləməyə çağırıb.

Priqojinin “ətçəkən maşını”

Hazırda əsas döyüşlərin Donbasdakı Baxmut, habelə şimaldakı Kreminna və cənubdakı Vuhledar ətrafında getdiyi xəbər verilir.

Rusiya qüvvələri artıq aylardır ki, Baxmutu ələ keçirməyə çalışır. Lakin ekspertlər qeyd edirlər ki, hətta Baxmutun ələ keçirilməsi də rusiyalılara strateji üstünlük verməyəcək.

Son həftələrdə Wagner özəl hərbi şirkətinin muzdluları da daxil Rusiya qüvvələri Baxmut şəhəri ətrafında ağır, amma ardıcıl irəliləyişə nail olmuşdu.

Muzdlu şirkətinin sahibi Yevgeni Priqojin Baxmutun şimalında kiçik bir kəndin ələ keçirildiyini iddia etmişdi. Amma o döyüşlərin ağır olduğunu bildirmişdi:

"Baxmutu günü sabah götürmək mümkün olmayacaq, çünki burda ağır müqavimət və qırğın var. Burda ətçəkən maşın işləyir”.

Priqojin bildirirdi ki, burada nəinki evbəev, hətta mərtəbə-mərtəbə döyüşlər gedir.

Bu arada Rusiya qüvvələrinin Baxmutun 150 kilometrliyində olan Vuhledar ətrafında çox ağır canlı qüvvə və texnika itkisi verdiyi deyilir.

XS
SM
MD
LG