"Azərbaycanda ermənilərin qanunsuz həbsi, o cümlədən yüksəkrütbəli siyasi nümayəndələrə qarşı saxtalaşdırılmış məhkəmə prosesləri" mövzusunda martın 12-də Avropa Parlamentində müzakirədən bir gün sonra təcili qətnamə üzrə səsvermə planlaşdırılıb.
16 nəfərdən 15-i birlikdə mühakimə olunur, separatçı qurumun "dövlət naziri" olmuş milyarder Ruben Vardanyan isə məhkəmə qarşısına tək çıxarılıb.
Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 19-da ölkənin yeni konstitusiyaya ehtiyacı olmasından danışıb. Amma konstitusiyada nələrin dəyişməli olduğundan söz açmayıb.
Ermənistan baş naziri Nikol Paşinyan bütün regional iqtisadi və nəqliyyat xətlərinin açılmasına hazır olduğunu bildirib.
Ermənistan və Azərbaycan ikitərəfli sülh sazişi layihəsində iki maddə üzrə razılığa gələ bilmir. Bunu Ermənistan baş naziri Nikol Paşinyan fevralın 26-da - Bakının Yerevanın son göndərdiyi təkliflərə cavab verdikdən bir gün sonra bildirib.
Avropa İttifaqının (Aİ) Ermənistandakı Mülki Missiyasının rəhbəri Markus Ritter bildirib ki, onlar Ermənistan-Azərbaycan sərhədinin hansı istiqamətində patrul üçün gedəcəklərini Bakıya əvvəldən xəbər verirlər.
Ermənistanın ikinci prezidenti Robert Koçaryan 1990-cı illərin sonunda Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevlə ərazilərin mübadiləsi məsələsini müzakirə etdiyini təsdiqləyib.
İki ölkənin sərhəddində gerçəkləşən görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin aparılması üçün fikir mübadiləsini davam etdiriblər
Fevralın 12-də Azərbaycan Haaqadakı Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli "Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Konvensiya (Bern Konvensiyası) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib.
Ermənistan Baş naziri Azərbaycanı onun ölkəsinə hücum etməyə zəmin hazırlamaqda ittiham edib.
Ermənistan baş naziri Nikol Paşinyan ABŞ-yə səfəri çərçivəsində "Atlantic Council" beyin mərkəzində keçirilən tədbirdə Azərbaycan və Ermənistan arasında sülh prosesindən danışıb.
"Aİ Şurası tərəfindən missiyanın müddətinin uzadılması ilə bağlı qərarın yaxın günlərdə veriləcəyi gözlənilir"
Davamı