Prezident İ.Əliyev oxşar fikirləri dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də demişdi.
"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri, ilyarıma yaxındır həbsdə olan ictimai fəal Afiəddin Məmmədova prokuror 10 il cəza verilməsini istəyib.
Gürcüstan hökuməti Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Gürcüstanda keçirilən seçkilərə müdaxiləsiylə bağlı fikirlərinə münasibətini bildirib.
Prezident İlham Əliyev bu gün, yanvarın 7-də dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.
Azərbaycanda uşaq ölümlərinin sayında artım olduğu bildirilir. Ötən il ilə bağlı rəsmi statistika hələ açıqlanmasa da, 2023-cü ildə 1 yaşınadək vəfat edən uşaqların sayı 2 min 39-a çatıb.
Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızının ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir.
Ukrayna hərbçiləri yanvarın 5-də səhər saatlarında Kursk bölgəsində yeni hücuma başlayıb.
Yanvarın 7-də səhər saatlarında Çinin Tibet Muxtar Rayonunun Tinqri bölgəsində güclü zəlzələ baş verib.
İsrail ötən il boyunca başlıca düşmənlərinin döyüş imkanlarını azalda bilib. Ancaq Yəməndəki husi üsyançılar İsrailə raket və dron zərbələri endirərək yenə dirənməkdə davam edirlər.
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Embaer-190" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub.
Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş maliyyə naziri Rəfael Əliyev 145 milyon manata yaxın büdcə vəsaitinin yeyintisində təqsirli bilinib. Di gəl, məhkəmə ona şərti cəza verərək azadlıqda saxlamaq qərarına gəlib.
Bakıda casusluqda suçlanaraq bir ildən çoxdur həbsdə saxlanılan Fransa vətəndaşı, "Mercorama LC" şirkətinin baş direktoru Martin Rayan özünü qismən təqsirli bilir.
Davamı