Martın 11-də Qrenlandiyada parlament seçkiləri keçirilib. Qalib əvvəllər müxalifətdə olan Demokrat Partiyası (Demokraatit) olub.
T.Yaqublu ilə birlikdə mühakimə olunan Elnur Məmmədov isə 8 il azadlıqdan məhrum edilib.
Azərbaycanın ABŞ-dəkı səfirliyində katib, Uruqvaydakı diplomatik missiyada müvəqqəti işlər vəkili vəzifələrində çalışmış Emin İbrahimova 10 il həbs cəzası istənilib.
"Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2024-cü ildəki 9 faizlik möhkəmlənmənin ardınca 2025-ci ilin ilk iki ayında 1.5 faiz ucuzlaşıb"
Rusiya Ukraynanın üç ildən çoxdur davam edən işğalına son qoymaqda maraqlıdırmı? ABŞ prezidenti Donald Tramp və dünya artıq yaxın günlərdə bunu biləcək.
ABŞ-nin Ukraynaya hərbi yardımı artıq Polşa sərhədindən keçməyə başlayıb.
Şəmkirin keçmiş icra başçısı və kənd təsərrüfatı nazirinin sabiq birinci müavini Aslan Aslanovun oğlunun qətlində suçlanan Vüqar Əliyev 22 ildir həbsdədir. O, azadlığa çıxmaqdan ötrü bir daha məhkəməyə üz tutsa da, bugünlərdə yenə rədd cavabı alıb.
Avropa İttifaqı apreldən etibarən 26 milyard avro (28 milyard dollar) dəyərində ABŞ məhsullarına cavab tarifləri tətbiq edəcək.
Suriyanın qərbində zorakılığın alovlanması keçid hökumətinin ona bağlı qüvvələrə nəzarət imkanı ilə əlaqədar sualları gündəmə gətirib. Bu, eyni zamanda Rusiyanın və İranın Suriya məsələlərindəki rolunu da ön plana çıxarıb.
Silahlılar Pakistanın cənub-qərbində, tuneldə sərnişinlə dolu bir qatarı ələ keçirərək onlarla insanı girov götürüb.
"AbzasMedia" nəşrinin həbsdə olan baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) deyir ki, onun və digər müstəqil jurnalistlərin həbsi ölkədə prezident və ətrafındakıların həqiqətə dözümsüzlüyünün göstəricisidir.
Trampla Putin arasında danışıq baş tutdu.
Davamı