Ötən ildə də Azərbaycanda dini etiqad azadlığı ilə bağlı vəziyyət pis olaraq qalıb.
Yeni doğulan körpənin atası bu əməlinə görə cinayət məsuliyyətinə cəlb edilsə də, ona şərti cəza verilib.
Baş məşqçisi postuna portuqaliyalı mütəxəssis Fernandu Santuş gətirildikdən sonra futbol üzrə Azərbaycan yığması qələbə üzünə həsrətdir.
Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində özünə aid torpaq sahəsində evinin qanunsuz uçurulduğunu deyən Qarabağ müharibəsi veteranı Ceyhun Ağayevi icra başçısı cəzalandırmaq istəyir.
Mariupolun mühasirəsi zamanı əsir götürülmüş 23 ukraynalı Rusiya məhkəməsi tərəfindən 13 ildən 23 ilə qədər həbs cəzasına məhkum edilib.
2024-cü ilin sentyabrında internetdə paylaşılmış bir foto Belarusda Rusiyanın gizli nüvə silahları bazasını ortaya çıxaran geniş araşdırmanın bir hissəsidir.
Nazirin sözlərinə görə, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib.
Türkiyə son 10 ilin ən böyük etirazlarına şahidlik edir. Bu hadisələrin prezident Rəcəb Tayyib Ərdoğan üçün ciddi çağırışa çevriləcəyi, yoxsa ölkənin daha da avtoritarizmə sürüklənəcəyi barədə güclü ehtimallar var.
Martın 25-də onlarla ABŞ konqresmeni prezident Donald Trampı ABŞ-nin Qlobal Media Agentliyini (USAGM) bağlamağa dair fərmanını ləğv etməyə çağırıblar.
ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
"Hələlik, bu sazişin harada və nə vaxt imzalanacağı ilə bağlı [qarşılıqlı] anlaşma yoxdur", – Mirzoyan deyib.
ABŞ-nin dəstəklədiyi qüvvələr 2019-cu ildə İslam Dövləti (İŞİD) qruplaşmasının məhv edildiyini elan etdilər. Lakin son illərdə baş verən hücumlar göstərdi ki, bu, İraq və Suriyada əraziləri nəzarətdə saxlayan kvazidövlətin sonu olsa da, onun yaratdığı təhlükənin yox olması demək deyil.
Davamı